Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. azertag.az

Şimal yarımkürəsinə yaz gəlir

Cari ildə Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq. Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb” başlıqlı icmal yer alıb. İkinci səhifədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, Azərbaycan-Türkiyə və Azərbaycan-Kərkük elmi əməkdaşlığı çərçivəsində AMEA prezidentinin keçirdiyi görüşlərə dair xəbərlər dərc edilib. Qəzetdə AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin […]

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun  professoru  Bəhram Əli oğlu Əliyev martın 15-də 72 yaşında vəfat etmişdir

Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi […]

ELAN

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının MƏLUMATI   Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir. Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il    8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan […]

Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir

Honkonqun Insilico Medicine şirkəti bildirib ki, onun süni zəkanın köməyi ilə yaratmış olduğu dərman preparatının insanlar üzərində kliniki testlərinə icazə verilib. Məlumatda qeyd edilib ki, süni zəkanın köməyilə yaradılmış dərman preparatı idiopatik ağciyər fibrozu xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub. Dərman hal-hazırda ABŞ və Çindəki xəstəxanalarda ümumilikdə 60 nəfər pasient üzərində test edilir. Insilico Medicine şirkəti […]