Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni zəka itmiş şəxslərin tapılmasında yardımçı ola bilər

Qlazqo Universitetinin aimləri itkin düşmüş insanların yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu metod real hadisələrin təhlilinə istiqamətlənmiş davranış modellərinə əsaslanır. Xüsusi süni zəka agentləri itkin düşmüş şəxslərin psixoloji reaksiyalarını imitasiya edir və mümkün axtarış zonalarının istilik xəritələrini yaradır. Nəticədə, axtarış-xilasetmə qrupları resursları daha səmərəli şəkildə bölüşdürə bilirlər. Bu texnologiyanı dronlara inteqrasiya edərək dağlardan […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

16 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Riyazi Fizika Tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, r.e.d., Bağırov Şirmayıl Həsən oğlu “Sonsuz oblastda yarımxətti parabolik tənliklər sisteminin qlobal həllinin yoxluğu”adlı məruzə ilə çıxış etdi. Məruzədə oturacağı kompaktın xarici olan sonsuz silindrdə sinqulyar potensiallı yarımxətti parabolik […]

ELAN

17.04.2025-ci il saat 10:30-da Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Riyaziyyat və Mexanika Institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi t.e.d, professor Ramin Rzayev “Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin vacib və aktuallğı şərh […]

Azərbaycandan üçüncü universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib. “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü […]

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür

Qırx ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. Zərifə xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı, bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz fəaliyyəti ilə şərəfli […]

Beynin naqil diaqramı və funksional xəritəsi hazırlandı

Ən böyük və ən detallı beyin naqil diaqramı və funksional xəritə təqdim edilib. Bu elm tarixində yeni bir mərhələ sayılır. “Science Daily” xəbər verir ki, layihənin nəticələri nüfuzlu “Nature” jurnallarında 10 tədqiqat toplusu şəklində dərc olunub və ictimaiyyətə “MICrONS Explorer” vasitəsilə təqdim edilib. Bir qum dənəsi ölçüsündə olan siçan beyninin bir kub millimetrlik toxuma nümunəsindən […]