Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün Müdafiə Sənayesi nazirliyində AMEA-nın Rliyaziyyat və Mexanika İnstitutunun əməkdaşları nazirliyin aparatının və elmi qurumlarının rəhbərləri arasında rəsmi görüş keçirilmişdir.


Görüşü nazir müavini Yəhya Musayev açaraq nazirlik tərəfindən iştirak edənləri təqdim etmiş və nazirliyin fəaliyyəti barədə qısa məlumat vermişdir.

İnstitutun direktoru, professor Misir Mərdanov səmimi qəbul üçün təşəkkürünü bildirib, institutun görüşdə iştirak edən alimlərini təqdim etmişdir.
Nəticədə qərara alınmışdır ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun alimləri Müdafiə Sənayesi nazirliyinin elmi-tədqiqat institutları və obyektlərində görüşlər keçirərək, öz elmi potensialları barədə qarşı tərəfi məlumatlandırsınlar və ölkənin müdafiə sənayesinin daha da möhkəmlənməsi və inkişafı üçün birgə elmi tədqiqat işlərinin istiqamətlərini müəyyənləşdirsinlər.
Riyaziyyat və Mexanika İnstitutundan görüşdə iştirak edənlər:

İnstitutun direktoru ,prof. Misir Mardanov
Direktor müavini, prof. Soltan Əliyev
Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi, Prof. Vaqif Hacıyev
Tətbiqi riyaziyyat şöbəsinin müdiri, prof. Qabil Əliyev
Differensial tənliklər şöbəsinin müdiri, prof.Əkbər Əliyev
Dalğa dinamikası şöbəsinin müdiri, prof. Cəfər Ağalarov
Maye və qaz mexanikası şöbəsinin müdiri, prof. Qeylani Pənahov
Sürüncəklik nəzəriyyəsi şöbəsinin müdiri, prof. Lətif Talıblı
Qeyri-harmonik analiz şöbəsinin müdiri, prof. Bilal Bilalov

Faydalı linklər