10/09/2013
AMEA-nın həqiqi üzvü, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Haciyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Fizika-riyaziyyat elmləri doktoru, Professor Misir Mərdanovun rəhbərliyi ilə keçirilən iclasda institutun elmi şurasının üzvləri və bir qrup əməkdaşıları iştirak edirdilər.
Müzakirə zamanı bildirildi ki, qloballaşan dünyada hər bir ölkənin davamlı inkişafını təmin edən sahələrdən biri kimi elmin nüfuzunun artması və elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması tələbi aktuallaşır. Bu səbəbdən İnstitutumuzda nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, alimlərimizin dünyanın tanınmış beynəlxalq elmi bazalarında təmsil olunması, bir sözlə Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətləndirilməsi zəruridir. Sonda problemin kompleks həlli ilə bağlı rəy və təkliflər səsləndirildi.
İclasda təqdim olunan slayda bu linkdən baxa bilərsiniz.