Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi Mübariz Hacıbəyovun “Ümumiləşmiş Riss potensiallarının məhdudluğu” mövzusunda məruzəsi oldu.


Məruzənin annotasiyası:

Burada kommutativ hiperqruplarda verilmiş ümumiləşmiş Riss potensialları təyin edilir və bu potensiallar üçün Hardi-Littvuld-Sobolev teoremini ümumiləşdirən Nakai-Simutomo tipli teorem verilir. Alınmış nəticə həmin potensialların Lebeq fəzasından Orliç fəzasına məhdud təsir etdiyini göstərir.

Faydalı linklər