Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə 2013-cü il üçün keçirilmiş müsabiqədə Riyaziyyat və Mexanika İnstitutunun alimləri 4 (dörd) layihənin qalibi olmuşlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə 2013-cü il üçün keçirilmiş müsabiqədə Riyaziyyat və Mexanika İnstitutunun alimləri 4 (dörd) layihənin qalibi olmuşlar:
- Böyük dərinliklərdə yerləşən mürəkkəb geoloji-fiziki xüsusiyyətlərə malik karbohidrogen yataqlarında neftveriminin artırılması üçün yeni üsulların hazırlanmasının elmi əsasları.
Rəhbər: akad. Akif Hacıyev Məbləğ: 90 000
- Riyazi statistika üsulları ilə quyuların optimal iş rejimlərinin operativ təyini üçün proqram təminatı.
Rəhbər: prof. Qabil Əliyev Məbləğ: 90 000
- İkiqat gizli laya malik neyron şəbəkələrin neft hasilatının optimallaşdırılması məsələlərində rolu.
Rəhbər: f-r.e.n., dos. Vüqar İsmayılov Məbləğ: 12 000
- Neftqazçıxarmada və daşınmada istifadə olunan konstruksiya elementlərinin möhkəmlik xarakteristikalarının tədqiqi və konstruksiyanın optimal variantının seçilməsi.
Rəhbər: prof. Vaqif Hacıyev Məbləğ: 80 000
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü ilin “Gənc alim və mütəxəssislərin 2-ci müsabiqəsində” Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri 2 (iki) layihənin qalibi olmuşlar:
- Xüsusi törəməli parabolik və elliptik tipli tənliklər üçün bəzi yeni aradan qaldırıla bilən məxsusiyyət məsələləri.
Rəhbər: f-r.e.n. Vəfa Məmmədova Məbləğ: 9000
- Çəkili Smirnov siniflərində Faber çoxhədlilərindən ibarət bazislər.
Rəhbər: f-r.e.n. Sadıqova Səbinə Məbləğ: 5000