Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri f-r.e.d., prof. Əkbər Bayram oğlu Əliyev “Dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu və asimptotikası” mövzusunda məruzə edəcəkdir.

Məruzədə dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu üçün Fucita tipli kriteriyalar və qlobal həllərin asimptotikası haqqında alınmış nəticələr şərh olunacaq.

Bir sinif kütləli və dissipasiyalı qeyri xətti Kleyn- Qordon sistemi üçün potensial çüxurun araşdırılması istiqamətində alınmış nəticələr haqqında məlumat veriləcək.

Faydalı linklər