Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


25.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı r.e.d. İlham Vəliyullah oğlu Əliyev “Abstrakt Hilbert fəzasında xətti operatorun məxsusi və qoşulmuş elementlərinin tamlığı” mövzusunda məruzə edəcəkdir.

Məruzədə sonsuz ölçülü Hilbert fəzasında xətti operatorun məxsusi ədədinin varlığı məsələsindən, bir sinif xətti operatorlar üçün uyğun məxsusı və qoşulmuş elementlərin fəzada sıxlığı məsələlərindən, həmçinin məxsusi və qoşulmuş elementlərə nəzərən Abel mənada cəmlənmə məsələləri haqqında alınan nəticələrdən danışılacaqdır.