Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2013-cü ili əhatə edən hesabat iclası keçirildi.


Bölmənin akademik-katibi, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri giriş sözü ilə açaraq İKT ili çərçivəsində bölmənin elmi müəssisələri qarşısında qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söhbət açdı. Bildirdi ki, həyata keçirilən elmi-tədqiqatlar dövlət proqramlarına dəstək verməklə yanaşı, qlobal problemlərin həllinə yönəldilmişdir.

Riyaziyyat və Mexanika İnstitutunun hesabatı ilə əlaqədar institutun direktoru,fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxış etmişdir. İnstitutda 2 istiqamət üzrə aparılan tədqiqatlar 8 problemi əhatə etmiş, tamamlanmış 124 tədqiqat işindən 83-ü riyaziyyat, 41-i isə mexanika sahəsinə aid olmuşdur. Həmçinin cari ildə əldə edilən mühüm elmi nəticələr, təşkil olunmuş ümumrespublika və beynəlxalq səviyyəli tədbirlər, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Elm Fondu və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş qrant layihələr, həmçinin həyata keçirilən innovativ layihələrdən söz açılmışdır. Hesatbat ilində institut əməkdaşlarının 314 elmi işindən, 72-si impakt faktorlu aşağıdakı jurnallarda çap olunmuşdur.2013-cü ildə həyata keçirilmiş elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət, nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri, rəsmi saytın fəaliyyəti və digər məsələlərə dair ətraflı məlumat verilmışdir.