Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ASLAN DİLAN OĞLU QULİYEV 10 yanvar 2014-cü il tarixində “CIRLASAN QEYRİ-XƏTTİ TƏNLİKLƏRİN HƏLLƏRİNİN KEYFİYYƏT XASSƏLƏRİNİN TƏDQİQİ ” mövzusunda 1202.01-Diferensial tənliklər ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir.


XÜLASƏ

Dissertasiya isi, xüsusi törəməli xətti və kvazixətti elliptik tənliklərin keyfiyyət xassələrinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın əsas nəticələri aşağıdakılardır:

Landis- Gerverin məlum orta qiymət teoreminin yeni çəkili və qeyri-xətti analoqu əldə edilmişdir;
həllin qradiyentinə və koordinat dəyişəninə görə cırlaşması olan tənliklərin müsbət həlləri üçün yeni artma lemması isbat edilmişdir;
cırlaşan kvazixətti elliptik tənliklər üçün izolə edilmiş məxsusi nöqtə ətrafında və sonsuzluqda həllun keyfiyyət xassələrini ifadə edən teoremlər isbat edilmişdir;
kvazixətti elliptik tənliklərin üçün aradan qaldırıla bilən məxsusi çoxluqlar haqqında teorem isbat edilmişdir;
kvazixətti cırlaşan elliptik tənliklər üçün Aleksandrovun maksimum prinsipi tipli həll normasını sağ tərəfin Lebeq norması ilə qiymətləndirən nəticə isbat edilmişdir;
cırlaşan Sobolev fəzalarında Dirixle məsələsinin ümumiləşmiş həllinin varlığını isbat edən nəticələr alınmışdır;
Adams-Mazya tipli qeyri-xətti potensialın Hölder sinfindən olmasına dair nəticə isbat edilmişdir;
Riss potensialı üçün çəkili qiymətləndirmələr ilə daxilolma teoremləri arasındakı əlaqələri ifadə edən yeni nəticə isbat edilmişdir;
baş hissədə cırlaşa bilən p-Laplasion olan kvazixətti bərabərsizliklərin local və qlobal xassələrini əks etdirən nəticələr isbat edilmişdir.