Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


15.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz ” şöbəsinin əməkdaşı f-r.e.d. Ziyadxan Seyfəddin oğlu Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir.

Məruzədə dördüncü tərtib qeyri-xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasi-yasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici rol oynayan funksiyalar sinflərin qurulmasından, xəttiləşdirilə bilən məsələlərin trivial olmayan həlləri çoxluğunun bu siniflərdə yerləşən qeyri-məhdud alt kontinumlarının varlığının isbatından və bu faktın köməyi ilə potensialı sıfırdan fərqli olan xətti məsələlərin məxsusi funksiyalarının osilyasiya xassələrin-dən, həmçinin başqa xəttiləşdirilə bilməyən bifurkasiya nöqtələrinin həqiqi oxda yerləşməsinin ümumi xarakteristikası və onların trivial olmayan həlləri çoxluğunun qapalı maksimal əlaqəli alt çoxluqlarının varlığı və qeyri-məhdud olması haqqında alınan faktlardan danışılacaqdır.