16/01/2014
İclasda görüləcək işlər barəsində mühüm qərarlar qəbul edildi. İnstitutun əməkdaşlarına şəxsi mail adressləri təqdim edildi. Bu da elmi işçilərin ictimaiyyətlə əlaqələrinin möhkmkləndirilməsinə, onları düşündürən suallara cavab tapmalarına yardımçı olacaq.
Qeyd edək ki, bu ilin avqust ayında Riyaziyyat və Mexanika İnstitunun rəsmi internet səhifəsi yeniləşdirilib və səhifənin daha da təkminləşdirilməsi üçün işlər davam etdirilir.
Elmi Şurada bu ilin may ayının 6-7 də İnstitutun 55 illik yubileyi ilə bağlı beynəlxalq konfransın keçirilməsi barəsində müzakirələr aparıldı. Konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsinin yaradılmasının vacibliyi məsələsi irəli sürüldü.
Elmi şurada eyni zamanda institutun dissetantları attestasiyadan keçirildilər.