23/01/2014
29.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d. Alik Malik oğlu Nəcəfov “Sobolev – Morri tipli Wlpφβ(G) fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir.
Məruzəçi tərəfindən Morri tipli Lpφβ(G) və Sobolev-Morri tipli Wlpφβ(G) fəzaları qurulmuşdur. Qurulan fəzalardan olan, çoxölçülü oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün inteqral göstərilişi alınır. Bu inteqral göstərilişinin köməyi ilə əvvəlcə bu fəzalarda daxilolma teoremləri, sonra isə həmin qarışıq törəmələrin ümumiləşmiş Hölder sinfinə daxil olmasi isbat olunur.