Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Yanvarın 29-u AMEA-nın Riyaziyyat və Mexanika İnsititutunda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin Büro iclası keçirilib.


Iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.
“Azərsu” ASC-nin Elm və Texnika şöbəsinin yeni texnika və texnologiyaların tətbiqi üzrə aparıcı mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru Elçin Qurbanov “İçməli və tullantı suların dezinfeksiyasını təmin edən yeni texnoloji üsullar” layihəsini Büro üzvlərinə təqdim edib. Bu sahədə AMEA və “Azərsu” ASC-nin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Büro iclasında Fizika İnstitutunun nəzdində “Biofizika və smart materiallar Mərkəzi”nin yaradılması, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyyətinin yeni tərkibinin təsdiqi, Kibernetika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, Şamaxı astrofizika Rəsədxanasının “Azərbaycan Astronomiya” jurnalının yeni tərkibinin müəyyənləşməsi və Rəsədxanada fəaliyyət göstərən müşahidə qrupunun əməkdaşlarının sayının artırılması məsələləri müzakirə olunub.