Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


05.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı, f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov  “Sıxılmayan mühit üzərində yerləşən və deformasiya olunmayan dairəvi silindrlə möhkəmləndirilmiş üçlaylı və lifli kompozit halqanın yük götürmə qabiliyyətinin təyini ” mövzusunda məruzə edəcəkdir.

Məruzudə torpaq, su, buz, bataqlıq və başqa mühit üzərinə sərilmiş və mərkəzi hissəsi deformasiya olunmayan silindrlə möhkəmləndirilmiş dairəvi kompozit lövhənin yük götürmə qabiliyyəti araşdırılacaq, limit yük və əyinti sürətləri sahəsi təyin ediləcəkdir. Lövhənin kənarının sərbəst dayanması və ya bağlanmasından asılı olaraq, lövhənin səthi dörd-beş oblasta ayrılır. Hər oblast ümumiləşmiş axma hipersəthinin bir kənarına uyğun gəlir. Müvazinət tənliyindən, axma, kəsilməzlik və sərhəd şərtlərindən istifadə edərək, statik mümkün ümumiləşmiş qüvvələr sahəsi tapılır, axma oblastlarının radiusları təyin edilir. Şarnir çevrələrin və mütləq şərt oblastın tənliklərindən lövhəyə yuxarıdan aşağı təsir edən oxasimmetik  qüvvənin  (və ya qüvvələr sisteminin) limit qiyməti və buna uyğun olan mühitin reaksiyası və axmanın assosiativlik qanunundan istifadə edərək, uyğun əyinti sürətləri sahəsi təyin edilir. Bu zaman ixtiyari qalan iki sabitdən biri mühitin sıxılmazlıq şərtindən tapılır. Bilindiyi kimi, bu sinif məsələlərdə ikinci sabit tapıla bilmir və ixtiyari qalır.