Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fevralın 12-də növbəti Ümuminstitut seminarı keçirilib.


Seminarın məruzəçisi   Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif  Səlimov olub. Arif  Səlimov “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzə edib. Məruzəçi mövzu üzrə  riyaziyyat elminin inkişafında edilən son yeniliklərlə institut əməkdaşlarını  tanış edib.
Qeyd edək ki, prof. Arif Səlimov Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat”  fakültəsinin tələbəsi olub, 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışır və hazırda bu sahədə dünyanın tanınmış alimlərindən biridir.