Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


19.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Avropa Riyaziyyat Cəmiyyətinin üzvü Qalina Mixalkina “Tədqiqat və təhsil məsələlərində Volfram texnologiyasının tətbiqi ” mövzusunda məruzə edəcəkdir.

Məruzədə VolframTexnologiyaları əsasında yaradılmış və qabaqcıl hesablama vasitələri kimi elmi araşdırmalarda və təhsil sahəsində istifadə edilən bəzi computer proqramlarından danışılacaq. Misal olaraq boksda maye axınının modelləşdirilməsi məsələlərinin həllində, elektromaqnetizmin tədqiqində böyük həcmli bəzi hesablamaların reallaşdırması üçün Wolfram və Mathematica sistemlərin eyni zamanda istifadəsində, böyük həcmli əməliyyat yaddaş tələb etməyən bio və sosioloji modelləşdirmənin Dinamika proqramında, Ramanucana düsturlarına zərif yanaşmalarda, insan ürəyinin işinin modelləşdirən diferensial tənliklərdə və bir çox başqa məsələlərdə istifadəsi göstərilir.