Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fevralın 19-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Tədqiqat və təhsil məsələlərində Volfram texnologiyasının tətbiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib.


Seminarda ABŞ-ın Volfram tədqiqatlar institutunun texniki rabitə və inkişaf strategiyası üzrə mütəxəssisi Vitaliy Kaurov məruzə edib.
Məruzəçi Volfram Texnologiyaları əsasında yaradılmış və qabaqcıl hesablama vasitələri kimi elmi araşdırmalarda və təhsil sahəsində geniş istifadə olunan müasir kompyüter proqramlarından bəhs edib. O,  maye axınının modelləşdirilməsi məsələlərinin həllində, elektromaqnetizmin tədqiqində böyük həcmli hesablamaların reallaşdırılması üçün Volfram texnologiyasının üstünlüklərini seminar iştirakçılarının nəzərinə çatdırıb. Məruzəçi ilə seminar iştirakçıları arasında bir saatdan çox dialoq formasında davam edən tədbirdə iştirak edənlər riyaziyyat, fizika və mexanikanın inkişafına təkan verən yeni  texnologiya və sistemlərlə yaxından tanış olublar.