Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


26.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Nihan Əlipənah oğlu Əliyev “İnvariantlar və müəyyən məsələlərin həlli” mövzusunda məruzə edəcəkdir.

Məruzədə müxtəlif törəmələr və onların invariantları haqqında danışılacaq. Bu törəmələrlə əlaqədar müəyyən sinif tənliklər üçün məsələlərin həlli üzrə analitik ifadələr alınır.Həllər üçün analitik ifadələrin alınması qoşma tənlyin fundamental həllindən asılıdır. Bu zəruri şərtlər hiperbolik tip tənlik üçün qoyulmuş sərhəd məsələsinin korrekt olmadığını (həll mövcud olmaya bilər) aydınlaşdırır. Məqsəd ixtiyarı tənlik üçün qoyulmuş sərhəd məsələsini nüvəsində sinqulyarlığı zəif olan ikinci növ Fredholm tipli inteqral tənliyə gətirməkdir. Xüsusi törəməli tənliklər üçün alınan zəruri şərtlərin bəziləri özündə sinqulyarlığı saxlayır. Bu sinqulyarlıq ümumi vəziyyət deyil. Ona görə də onun requlyarlaşdırılması özünəməxsus xüsusi sxemlə aparılır.