Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fevralın 26-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan türklərinin başına gətirilən ən ağır və dəhşətli faciə- Xocalı soyqırımının anım tədbiri keçirildi.


Mərasimi giriş sözü ilə İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru,  professor Misir Mərdanov açıq elan edərək, soyqırım qurbanları 1 dəqiqəlik sükutla yad edildi.
Misir Mərdanov mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi: “ 26 fevral 1992-ci il bugünkü kimi yadımdadır. “Xalq” qəzetində vəziyyətin gərginləşdiyi və 2 nəfərin qətlə yetirildiyi məlumatı dərc olunmuşdu. Biz orda real olaraq baş verənlərdən xəbərsiz idik. İndi o hadisələri daha təfsilatı ilə öyrənə bilirik. Əslində isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində millətimizə divan tutdu. 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 isə itkin düşdü. Biz bu tarixi unutmamalıyıq.”

Faydalı linklər