Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi.


Seminarda “Variantorlu friksion sistemlərin mühərriklə qabaqlayıcı təsirli əks əlaqə tətbiqi ilə idarə xassələrinin yüksəldilməsi” mövzusunda “Hesablama riyaziyyatı və informatika” şöbəsinin əməkdaşı, elmi işçi, t.e.n Vüqar Sadıxov məruzə etdi.

Məruzədə Variantorlu  sistemlər üçün bir sıra konstruktiv həll variantlarında variantorun mərkəzi valının kiçik ətalət momentinə malik olduğundan irəli gələn özəllilik hərəkət tənliyində valların sürətləri arasındakı diferensial asılılığı statik asılılıqla əvəz etməyə və tənliklərin sayını ikiyə endirməyə imkan verdiyi bildirilib.