07/03/2014
Tədbiri giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açıq elan edərək, xanım əməkdaşları bayram münasibəti ilə təbrik etdi. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən Misir Mərdanov onlara daim diqqət göstərlməsinin vacib olduğunu vurğuladı. “Qadın anadır və hər bir şəxsin borcudur ki, anasını sevsin və qayğı göstərsin. Azərbaycan xanımlarının əməyinin nəticəsidir ki, Azərbaycan ailələri digər dövlətlərlə müqayisədə daha davamlı və möhkəmdir. Bütün Azərbaycan qadınlarını bayramları münasibəti ilə təbrik edirəm.”
Tədbirdə institutun xanım əməkdaşlarına hədiyyələr təqdim edildi.