03/04/2014
İclasda bir sıra cari məsələlər müzakirə edildi. İnstitutun görkəmli alimlərinin yaradıcılığı haqqında virtual məkanda ətraflı məlumatların yerləşdirilməsi məsələsinin vacibliyi vurğulandı.
İclasda Şura üzvləri AMEA-nın həqiqi üzvlüyünə AMEA- nın müxbir üzvü, prof. Rauf Hüseynovun, AMEA-nın müxbir üzvlüyünə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanovun namizədliyini irəli sürdülər.