08/05/2014
Mayın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında ABŞ-ın Texas Texniki Universitetinin “Elektrik və Kompyuter mühəndisliyi” şöbəsinin Tətbiqi proqnozlaşdırma laboratoriyasının direktoru, prof. Hamed Sair-Sarraf məruzə edib. “Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusuna həsr olunan seminarda Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib hazırlanmış proyektlər seminar iştirakçılarına nümayiş etdirilib. Bu proyektlər texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, tibbi diaqnostika kimi sahələrində tətbiq edilir. Seminarda texniki proqnozlaşdırma sahələrinin inkişafında əhəmiyyətli rol oynayan riyazi anlayışlar müzakirə edilib.