Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Veteranlar Şurasının iclası keçirilib.


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Veteranlar Şurasının iclası keçirilib.  İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov, AMEA-nın Birləşmiş Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış ediblər.

İnstitutun veteran əməkdaşlarının siyahısının dəqiqləşdirilməsi, onlar haqqında məlumatların müvafiq qurumlara göndərilməsi, veteranlar qarşısında duran vəzifələr və s. kimi məsələlər  iclasda müzakirə edilib.

Dövlət başçısı, cənab İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib.