Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


11.06.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, f-r.e.d., prof. Məmməd Bayramoğlu “Spektral analiz və diferensial tənliklər” mövzusunda məruzə edəcəkdir.
Məruzədə öz-özünə qoşma operatorların spektral analizinin inkişafının bəzi mərhələlərindən danışılacaq. Müsbət müəyyən simmetrik operatorların energetik fəzası anlayışı veriləcək və bu tip operatorların Fridrixs mənada genişlənməsi göstəriləcək. Belə genişlənmənin elliptik tip tənliklər üçün sərhəd məsələlərinə tətbiqi və bununla bərabər sözü gedən genişlənmə ilə bixətti formalar arasında əlaqə və tətbiqləri göstəriləcək.

Faydalı linklər