Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


17.09.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Ümumiləşmiş çəkili Morri fəzalarında klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda məruzə edəcəkdir.

Məruzə ümumiləşmiş çəkili Morri fəzalarında həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral operatorların məhdudluğu məsələlərinə həsr olunub.

Ümumiləşmiş çəkili Morri fəzalarında həqiqi analizin inteqral operatorlarının məhdudluğu üçün parametrlər üzərinə kafi şərtlər tapılmışdır. Alınmış nəticələr elliptik və parabolik tip tənliklərin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı və aprior qiymətləndirilməsi məsələlərinə tətbiq edilmişdir.