Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əliyev Soltan Əli oğlu 29 avqust – 5 sentyabr tarixlərində Çexiya Respublikasının Brno şəhərində yerləşən Defense Universitetinin təşkil etdiyi “Problems of decision making under uncertainties” (PDMU-2014) Beynəlxalq elmi konfransında iştirak etmişdir


AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əliyev Soltan Əli oğlu 29 avqust-5 sentyabr 2014-cü il tarixlərində Çexiya Respublikasının Brno şəhərində yerləşən Defense Universitetinin təşkil etdiyi “Problems of decision making under uncertainties” (PDMU-2014) Beynəlxalq elmi konfransında iştirak etmişdir. Konfransda 12 ölkədən olan alim və mütəxəssislər elmi məruzələrlə çıxış etmişlər. Konfransın materiallarına Soltan Əliyevin 2 işi daxil edilmişdir.
Professor Soltan Əliyev “Kəsilməz parametrli redusiyalı şaxalənən proseslər üçün inteqral tənliklər” mövzusunda çıxış etmişdir.
2-ci iş “İmmiqrasiyalı şaxələnən proseslərin ədədlər nəzəriyyəsində tətbiqi” mövzusunda S. Əliyevin həmmüəllifi çıxış etmişdir.
Bundan başqa konfransın gedişində S. Əliyevin konfransda iştirak edən bir çox xarici mütəxəssislərlə elmi fikir mübadiləsi aparmışdır.