17/09/2014
Sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda qarşıda duran məsələlər haqqında ətraflı müzakirələr aparıldı. Azərbaycan Respublikasında riyaziyyat və mexanika sahəsi üzrə aparılacaq elmi tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənəşdirilməsi məqsədilə təkliflər dinlənildi. İnstitutun təşkil etdiyi “Riyaziyyatın, astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” adlı N. Tusinin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın yekunları haqqında Şura üzvlərinə məlumat verildi. Əməkdaşların “Bakı Elm Festivalı” na təqdim edəcəkləri tədqiqat materialları haqqında danışıldı və siyahıya alındı.
Elmi Şurada “Maye və qaz mexanikası” şöbəsinin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Afət Yüzbaşıyevaya “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə dosent elmi adının verilməsi qərara alındı.
İclasda son olaraq institutda doktorantura və dissertanturaya qəbul prosesi haqqında müzakirələr aparıldı.