15/10/2014
Oktyabrın 15-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin əməkdaşı, f-r.e.d, prof. İbrahim Nəbiyev “Diffuziya operatoru üçün kvaziperiodik tərs məsələnin həlli” mövzusunda məruzə edib.
Məruzədə kvaziperiodik sərhəd şərtli diffuziya operatoru üçün spektral analizin tərs məsələsinin tam həll olunması haqqında danışılıb. Tərs məsələnin həlli üçün yeganəlik teoreminin isbati və müəyyən həqiqi ədədlər ardıcıllığının kvaziperiodik diffuziya məsələsinin spektrının olması üçün tapılmış kafi şərtlər haqqında məlumat verilib.