23/10/2014
Oktyabrın 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elliptik hipergeometrik funksiyalar” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda Humboldt Universitetinin (Berlin, Almaniya) əməkdaşı Qəhrəmanov İlmar məruzə edib.
Məruzə elliptik hipergeometrik funksiyaların nəzəriyyəsinə və tətbiqlərinə həsr olunub. Klassik və bazis hipergeometrik funksiyaları Eylerin dövründən məlumdursa, elliptik hipergeometrik funksiyalar son 15 ildə meydana çıxıb. Bu funksiyalara inteqrallanan sistemlərdə, dördölçülü çoxobrazlıların invariantlarında, Li cəbrlərinin xarakterlərinin öyrənilməsində, düyün invariantlarında, kvant sahə nəzəriyyələrində, topoloji sahə nəzəriyyələrində, riyazi fizikada rast gəlinir.