Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


29.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d., prof. Musa Xanlar oğlu İlyasov “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda məruzə edəcəkdir.

Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı  göstərilmişdir və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq edilməyə başlanılmışdır. Alın müqaviməti qüvvəsinin azaldılması ilə yanacağa 2-7 % qənaət edildiyi bilinir. Ancaq bu məsələnin nəzəri tədqiqi  (istər analitik, istərsə də ədədi) bu vaxtadək aparılmamışdır.

Məruzədə göstərilən effektin aerodinamik modeli ilk dəfə qurulur və analitik tədqiq edilir.

Faydalı linklər