Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Noyabrın 5-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Bəhram Əliyev məruzə edib.
Məruzə sonlu parçada sərhəd şərtlərinə spektral parametr və həmçinin qeyri-məhdud operator daxil olduqda ikinci tərtib elliptik tip diferensial operator tənlik üçün sərhəd məsələlərinin həll olunması və onların bəzi spektral xassələrinin öyrənilməsinə həsr olunub.