21/11/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi Gülnar Şamilova və Azərbaycan Texniki Kollecinin müəllimi Əli Məmmədov mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Gülnar Şamilova “Düzbucaqlı prizmalarda və silindrlərdə qeyri stasionar dalğaların yayılması” mövzusunda, Əli Məmmədov isə “Qabarıq silindrik səthə yaxın yerləşmiş periodik əyrilikli lifin mikromexanika məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.