Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


26.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Maye və qaz mexanikası” şöbəsinin aparıcı elmi işçisi, t.e.n. Eldar Mehdi oğlu Abbasov “Qeyri-müəyyənlik və iqtisadi risk şəraitində neft yatağı işlənməsi investisiya layihəsinin optimal variantının seçimi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə oyunlar nəzəriyyəsinin müxtəlif minimaks meyarları üzrə hesablamaların nəticələrinin ekspert qiymətləndirmələri (Laplace, Hurwitz, Wald, Savage, Hodge-Lehmann) və həmçinin L. Zadənin qeyri səlis çoxluqlar (fuzzy logic) nəzəriyyələri əsasında neft yatağı istismarı investisiya layihəsinin optimal variantının seçimi üçün unifikasiya edilmiş üsula baxılır.
Risklərin qiymətləndirilməsi, “gəlir matrislərinin” qurulması və ənənəvi yanaşmada çatışmazlıqları (ehtiyatların miqdarının qiymətləndirilməsində yaranan qeyri-müəyyənliklər və iqtisadi risk) nəzərə alaraq neft yatağının işlənmə layihəsinin optimal variantının realizasiya olunması təklif olunur.