Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında institutun “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n Rövşən Bəndəliyev riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. “Banax funksional fəzalarında harmonik analizin inteqral operatorları və bəzi tətbiqləri” mövzusunda olan dissertasiya işi şuranın müsbət rəyini alıb.
Qeyd edək ki, alınmış nəticələr sıxılmayan mayelərin riyazi modelinin tədqiqində və xüsusi törəməli diferensial tənliklər sahəsində tətbiq oluna bilər.
Dissertasiyada alınmış nəticələr 40 işdə öz əksini tapıb.