Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işləri müdafiə edilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin aspirantı Bəhruz Ağarzayev və AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Aynur Həsənova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Bəhruz Ağarzayev “Çoxölçülü potensiallar və onların tətbiqləri” mövzusunda, Aynur Həsənova isə “Parabolik tip tənliklər üçün bir sıra tərs məsələlərin araşdırılması” mövzusunda dissertasiya işi müdafiə edib.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.