Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


17.12.2014-cü il saat 10.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri f.r.e.n. Vüqar Elman oğlu İsmayılov “Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Hilbertin 13-cü problemi, onun V.İ.Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, Kolmoqorov superpozisiya teoremindən sonra yaranmış xətti superpozisiyalar nəzəriyyəsinin bəzi vacib nəticələri haqqında danışılacaqdır. Daha sonra birqat və ikiqat gizli laya malik neyron şəbəkələrin riyazi modellərinin tərifi veriləcək və bu cür şəbəkələrlə yaxınlaşmalara aid bəzi nəticələr nəzərdən keçiriləcəkdir.
Kolmogorov superpozisiya teoreminin köməyi ilə ikiqat gizli laya malik neyron şəbəkələrin istənilən çoxdəyişənli funksiyanı approksimasiya edə bilməsi haqqında məruzəçinin aldığı bir nəticə təhlil ediləcəkdir.