21.01.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri, f-r.e.d, prof. Qabil Qəribxan oğlu Əliyev “ Kiçik ölçülü sistemlərdə hidromexanika nəzəriyyəsi” mövzusunda məruzə edəcəkdir.
Tədqiqat riyazi fizikanın bir qeyri klassik probleminin həll olunması ilə əlaqədardır. Tətqiqatın məqsədi, bərk cisimlə maye arasinda olan fiziki sahənin təsiri nəzərə alınmaqla, kiçik ölçülü sistemlərdə mayenin hidromexanika nəzəriyyəsini yaratmaqdan ibarətdir. Xüsusi halda, sərhəddə fiziki sahənin təsəri funksiyasını nəzərə almaqla, nanohidromexanikanın nəzəri əsaslarının işlənilməsi. Tədqiqatın əsas problemləri aşağıdakilardan ibarətdir:
– kiçik ölçülü sistemlərdə bərk cisimlə maye arasındaki sərhəd fiziki təsirinin (elektron sahənin) mexanizminin açılması,
– sərhəddə fiziki sahənin təsiri funksiyasından asılı olaraq mayenin mexaniki xassələrinin (sıxlığının və özlülüyünün) dəyişmə qanuna uyğunluqlarının təyini,
– sərhəddə fiziki sahənin təsiri altında kiçik ölçülü sistemlərdə bircins mayenin qeyri bircins mayeyə çevrilməsi mexanizminin açılması,
– kiçik ölçülü sistemlərdə sərhəddə fiziki sahənin (elektron sahənin) təsiri faktorunu nəzərə almaqla, ideal və özlü mayenin hidromexanikasını təyin edən tənliklərin qurulması,
– konkret məsələlərdə, kiçik ölçülü sistemlərdə mayenin hidromexanikasına sərhəddə sahənin keyfiyyətcə və kəmiyyətcə təsirinin qöstərilməsi və həmçinin Bernulli tənliyinin ümumiləşdirilməsi.
Yaradilan nəzəriyə nanohidromexanikanın problemlərində, xusisi olaraq, qaz və maye təmizləyici filtrlərin düzəldilməsində və tibbdə membranlı, damarlı oblastlarda biokimyəvi proseslərdə öz praktiki tətbiqini tapacaqdır.