Yanvarın 28-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi”mövzusunda Ümumistitut seminarı keçirilib. Seminarında institutun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Nigar Aslanova məruzə edib.
Məruzə qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış izlərinin tədqiqinə həsr olunub.