Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


11.02.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” institutunun “Quyuların istismar usullarının layihələndirilməsi və optimallaşdırılması”şöbəsinin müdiri, texnika elmləri namizədi Elxan Məcid oğlu Abbasov “Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir.

Horizontal quyularda quyu-lay sisteminin dinamik əlaqəsini və borunun divarının horizontal hissəsində süzgəc xarakterli olmasını nəzərə alaraq mayenin layda qeyri-stasionar süzülmə prosesi riyazi modelləşdirilərək tədqiq edilmişdir. Quyunun horizontal hissəsinin uzunluğundan və layın parametrlərindən asılı olaraq quyunun məhsuldarlığı təyin edilmişdir. Borunun horizontal hissəsində onun divarının süzgəc xarakterli olması və lay-quyu sisteminin dinamik əlaqəsini nəzərə almaqla boruda təzyiq düşgüsünün təyin edilməsi üçün analitik düstur tapılmışdır. Quyudibi təzyiqin dəyişmə  dinamikası təyin edilmişdir. Aparılan tədqiqatlar əsasında horizontal quyuların istismar göstəricilərini yaxşılaşdıra bilən parametrlərin qiyməti tapılmışdır.