18.02.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov «Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflə-rində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri haqqında» mövzusunda məruzə edəcəkdir.
Məruzədə Lp(T) – hamarlıq modulunun və ya Lp(T) – də ən yaxşı yaxınlaşmalar ardıcıllıqlarının majorantı ilə təyin olunmuş funksiyalar siniflərində triqonometrik Furye sıralarının xüsusi cəmlərinin müntəzəm metrikada meylinin dəqiq tərtibi məsələsinə baxılır.