25.02.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Şirmayıl Həsən oğlu Bağırov “İkinci tərtib yarımxətti parabolik tip tənliyin müsbət həllərinin varlığı məsələsi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə silindirik oblastda zaman arqumentinə nəzərən periodik əmsallı ikinci tərtib parabolik tip tənlik haqqında danışılacaq. Qeyri-xəttiliyin xarakterindən asılı olaraq baxılan tənliyin müsbət qlobal həllərinin varlığı məsələsi öyrənilir.