15/04/2015
Aprelin 15-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunun əməkdaşı, professor Yu. D. Çaşeçkin “Mayelərin diferensial mexanikası – yeni nəsil modellər” mövzusunda məruzə edib.
Məruzənin məqsədi, klassik mexanikanın iki bölmə arasındakı fərqi analiz etmək, axın təsvirlərinin keyfiyyətinin təkmilləşdirilməsi üçün yeni yanaşma və nümunələr göstərməkdən ibarət olub.
Hesablamalar tənliklərin uyğunluq dərəcəsini, bütün sistem ranqının təyini, xəttiləşdirilmiş variantın tərtibi və tam həllini təşkil edən müstəqil funksiyaların sayını müəyyənləşdirən dispers tənliyin dərəcəsini və tənliklərin birgəliyini nəzərə alınmaqla aparılıb. Əsas fiziki kəmiyyətlərin hesablanmış sahələrinin ölçüləri məlum olan, yeni nəzəri və təcrübi nəticələr və həmçinin ətraf mühitdəki müşahidələrlə müqayisə edilib (buraya müqavimətə təsir edən qüvvə və moment, burulğanlıq və onun baroklin əmələ gəlmələri daxildir).
Sonda maye mexanikasının sonrakı inkişaf nəzəriyyəsinin istiqamətləri, laboratoriya tədqiqatlarının təkmilləşməsi və təbiət hadisələri müzakirə olunub.