Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri – xətti hiperbolik tənliklər sisteminin qlobal həlləri” mövzusunda Ümuminstitut seminarı keçirildi


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri–xətti hiperbolik tənliklər sisteminin qlobal həlləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev məruzə edib.
Məruzədə qeyri-xətti hiperbolik tənliklər sistemi üçün qlobal həll olunan və qlobal həll oluna bilməyən məsələlər haqqında danışılıb. Bu istiqamətdə aparılmış əsas araşdırmalar haqqında məlumat verilib. Sonra struktur dissipasiyalı yarım-xətti psevdohiperbolik tənliklər üçün Fucita tipli kriteriyalardan danışılıb.

Faydalı linklər