Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa dəvət olunmuş məruzəçilər arasında Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev də yer almışdır


S.M.Nikolski-poster_sRiyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev 2015-ci il mayın 25-dən 29-dək Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda keçiriləcək akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa məruzəçi qismində dəvət almışdır. AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev “Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorların lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” adlı məruzə ilə çıxış edəcəkdir.

Daha ətraflı…

http://www.mathnet.ru/php/conference.phtml?confid=620&option_lang=eng

http://www.mathnet.ru/ConfLogos/620/poster.pdf