Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


27.05.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Telman Benser oğlu Qasımov “Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Banax fəzasının alt fəzalarının düz cəminə ayrılışına baxılır. Alt fəzaların bazisindən çıxış edərək fəzanın bazisinin alınmasının bir üsulu təklif olunur. Alt fəzaların izomorf olduğu və bu izomorfizmin tələb olunmadığı hallara ayrılıqda baxılır. Həmçinin müvafiq sistemlərin tamlıq və minimallıq və müntəzəm minimallığına baxılır.