03/06/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib. Şuranın iclasında 10 şöbə üzrə kiçik elmi işçi, elmi işçi, böyük, aparıcı və baş elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə keçirilib. 16 nəfər tutduğu vəzifəyə gizli səsvermə yolu ilə yekdilliklə seçiliblər.
Şuranın növbəti iclaslarında şöbələrin yarımillik hesabatlarının dinlənilməsinə başlanılacaq.