24.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında ABŞ-nin Texas Tech Universitetinin professoru, f-r.e.d. Akif İsmayıl oğlu İbrahimov “Sərhədlərdə ümumi axınla idarə olunan qeyri-xətti (Darsi qanununa tabe olmayan) axınların zamana görə asimptotikası” mövzusunda məruzə edəcəkdir.
Məruzə diffuziyalı potensialın uzunmüddətli asimptotikasının öyrənilməsinə, daha doğrusu, məsaməli mühitlərdə Forçheymerin qeyri-xətti axınıyla bağlı domenin inteqral xarakteristikasının öyrənilməsinə həsr edilmişdir. Sərhəddəki şərtlər ümumi axının və sərhəddə təzyiqin izinə məhdudiyyətlərin qoyulması terminləri ilə verilmişdir. İsbat edilmişdir ki, əgər ümumi axın sabitləşirsə, onda həm də sahənin daxilində və sərhəddə orta təzyiqin arasında fərq sabitləşəcək və bu nəticə quyunun məhsul-darlıq əmsalının hesablanması üçün tətbiq edilə bilər ki, bu da quyunun məhsuldarlığının əhəmiyyətli xarakteristikası deməkdir. Əsas teoremin alınması üçün müəyyən olmayan və psevdo müəyyən rejimləri arasında təzyiqin dəqiqləşdirilmiş müqayisəsi (təzyiqin zamana törəməsi sabitdir) keçirilmişdir. Bu nəticələr effektiv neft və qaz çıxarılan yataqlarının öyrənilməsi ilə bağlı məsələlərin, həmçinin qeyri-xətti diffuziyalı tənliklərlə təsvir edilən bir sıra məsələlərin tədqiqində əhəmiyyətli dərəcədə istifadə oluna bilər.