01.07.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.d. Nihan Əlipənah oğlu Əliyev “Sərhəd məsələ-lərinin fredholmluluğu üçün zəruri şərtlərin tətbiqi və kəsr tərtib törəməli tənliklər üçün məsələlər” mövzusunda məruzə edib.
Məruzədə müxtəlif fundamental həllər və sərhəd məsələlərinin həllərinin Laqranj və ikinci Qrin düsturunun verdiyi şəkildə öyrənilməsi və alınan zəruri şərtlərin kafiliyinin əsaslandırilması barədə danışılıb. Həmçinin, kəsr tərtib törəməli tənliklər və bu tənliklərə gətirilən məsələlər haqqında məlumat verilib.